Səudiyyə Ərəbistanı qüvvələri Yəməndə yaşayış məntəqələrini bombaladı

Səudiyyə Ərəbistanı qüvvələri Yəməndə yaşayış məntəqələrini bombaladı

Səudiyyə Ərəbistanı rejim qüvvələri Yəmənin  Madaqal, Mərib və Asir vilayətlərinin müxtəlif yerlərində yaşayış məntəqələrini bombalayıb  

Maide.Az xəbər verir ki,  işğalçı Səudiyyə rejiminin  dinc sakinlərin yaşadığı bölgələri bombalaması nəticəsində  evlərə və ictimai mülklərə ziyan dəyib.   

Xatırladaq ki,  artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  

Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb. 

Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − three =