Sionist rejim 2020-ci ildə fələstinli jurnalistlərə qarşı 200-dən çox hərbi şiddət törədib
2020-ci ildə İsrail rejiminin fələstinli jurnalistlərə qarşı 213 hərbi şiddət hadisəsi törətdiyi açıqlanıb.
Deyerler.org xəbər verir ki, Fələstinin Wafa informasiya agentliyi bu pozuntu hallarına dair illik hesabatında bunları qeyd edib: “İsrail rejiminin əsgərləri jurnalistləri canlı sursat, plastik güllə, gözyaşardıcı qazla hədəfə almağa, onları döyməyə, birbaşa tutmağa və ya sionist mülki şəxslərə qarşı gündəlik cinayətlərini ört-basdır etmək üçün ağızlarını bağlamaq üçün mütəşəkkil siyasətə uyğun olaraq mühakimə etməyə davam etdilər”.
Son bir ildə 83 jurnalist İsrail rejimi ordusunun əsgərləri tərəfindən atılan bibər qazından, gözyaşardıcı qazdan, plastik güllədən və döyülmədən yaralanıb, heç bir xəsarətlə nəticələnməyən həbs, müsadirə və atışların sayı 119-a çatıb. Media təşkilatlarına və onların avadanlığına 11 hücum olub”.
Bu yaxınlarda Beynəlxalq Jurnalistlər Federasiyası və Fələstin Jurnalistlər Birliyi, sionist İsrail rejiminə qarşı Birləşmiş Millətlər Təşkilatına iki şikayət göndərmişdir.