ABŞ konqresi qarşısında etirazlar zamanı dörd nəfər ölüb

ABŞ konqresi qarşısında etirazlar zamanı dörd nəfər ölüb

Vaşinqton hakimiyyəti ABŞ konqresi qarşısında etiraz aksiyaları zamanı ümumilikdə dörd nəfərin öldüyünü təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə mətbuat konfransında paytaxt polisinin rəhbəri Robert Konti deyib.

O, konqres binasında bir qadının güllə yarasından öldüyünü təsdiqləyib, daha 3 nəfərin isə ölüm səbəbi açıqlanmayıb:

Xatırladaq ki, Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =