İran rəsmisi: Qarabağ bölgəsinin bərpasında Ərdəbilin bacarıqlı şirkətlərindən istifadə ediləcək

İran rəsmisi: Qarabağ bölgəsinin bərpasında Ərdəbilin bacarıqlı şirkətlərindən istifadə ediləcək

Qarabağ bölgəsinin bərpasında Ərdəbilin bacarıqlı şirkətlərindən istifadə ediləcək.   

Maide.Az xəbər verir ki,  bunu İran-Azərbaycan Birgə Palatasının sədri Hüseyn Pirmüəzzin deyib.   

“Yaxın vaxtlarda İran- Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasını keçirməklə Ərdəbil vilayətinin güclü şirkətlərindən Qarabağ bölgəsini canlandırmaq üçün istifadə ediləcək”.  

H.Pirmüəzzin, İranın Azərbaycandakı səfiri ilə keçirdiyi videokonfransda bildirib: “Ərdəbil vilayətinin becərmə və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yaxşı üstünlüyə malikdir və Qarabağ bölgəsinin kənd təsərrüfatı sektorunun dirçəldilməsində iştirak etmək üçün bacarıqlı və təcrübəli şirkətlərdən istifadə edilməlidir”.  

O, bu sahədə ixtisaslaşmış və bacarıqlı şirkətlərin İran- Azərbaycan Birgə İqtisadi Komissiyasına təqdim edilməsi məqsədilə onların dəqiq müəyyənləşdirilməsini vacib hesab edərək qeyd edib: “Komissiyanın yaxın gələcəkdə keçiriləcək iclasında Azərbaycan tərəfi ilə bu məsələdə razılıq əldə edilməsi üçün zəmin yaradılmalıdır”.   

H.Pirmüəzzin, habelə birgə investisiya qoyuluşunu, xüsusən də Dağlıq Qarabağın bərpasında tərəflər arasında iqtisadi əməkdaşlığın digər sahələrindən biri kimi qeyd edib: “Bu sahədə fəaliyyət göstərən şirkətlərin, əlaqəli sənayə müəssisələrinin, istedadlı və bacarıqlı investorların siyahısı indidən hazırlanmalı və Azərbaycan tərəfinə təqdim edilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 12 =