Sudan ABŞ-ın və Beynəlxalq Bankın dəstəyi qarşılığında İsraillə əlaqələrin normallaşdırılmasını rəsmən imzalayıb

Sudan ABŞ-ın və Beynəlxalq Bankın dəstəyi qarşılığında İsraillə əlaqələrin normallaşdırılmasını rəsmən imzalayıb

Sudan hökuməti İsraillə əlaqələrin normallaşdırılmasını rəsmən imzalayıb.

SalamNews FransPress-ə istinadla xəbər verir ki, imzalanma mərasimi ABŞ-ın Dövlət Xəzinədarlıq Departamentinin rəhbəri Steven Muniçinin Xartuma səfəri zamanı baş tutub.

Məlumata görə əldə edilən anlaşmaya əsasən ABŞ və Beynəlxalq Bank Sudanın borclarının ödənilməsində əlavə dəstəklərin verilməsini vəd ediblər.

Qeyd edək ki, Sudan İsraillə əlaqələri normallaşdıran altı ərəb dövlətindən biridir. Əlavə edək ki, ABŞ Sudanın bu addımı qarşılığında rəsmi Xartumu “terrorla bağlı qara siyahı”dan da çıxarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + eighteen =