İran Cənubi-Koreya tankerinin sərbəst buraxılması üçün şərtini açıqlayıb

İran Cənubi-Koreya tankerinin sərbəst buraxılması üçün şərtini açıqlayıb

İran Cənubi Koreya gəmisi məsələsinin həlli üçün bu ölkə banklarında bloklanmış pullarından bir qisminin sərbəst buraxılmasını istəyib.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya diplomatik mənbələri ölkənin dövlət xəbər agentliyi YunhapNews-a açıqlama veriblər.

Bildirilib ki, Cənubi Koreyanın nümayəndə heyəti Fars Körfəzində saxlanılan gəmi ilə bağlı danışıqlar üçün Tehrana yollanıblar. Nümayəndə heyətindən verilən məlumata görə İran Cənubi-Koreya banklarında (ABŞ sanksiyalarından dolayı) dondurulan 7 milyard dollardan bir milyardının sərbəst buraxılmasını istəyib. Bildirilib ki, İran bu pulla koronavirus pandemiyası ilə bağlı dava-dərman peraparatları və peyvəndlərini idxalını nəzərdə tutur.

Qeyd edək ki, “Honkuk Chemi” gəmisi “ekologiyanın çirkləndirilməsində dəfələrlə qanun pozuntularına yol verdiyinə görə” İran tərəfindən saxlanılıb, onun və ekipajının işi ölkənin aidiyyatı məhkəmə orqanlarına verilib. Sudiyyə Ərəbistanın əl-Cəbil limanından Hindistana yollanan gəmidə 7,200 ton etanol mayesi yükü olub.

Bildirək ki, son aylarda ABŞ sanksiyalarından dolayı İranla Cənubi-Koreya arasında maliyyə depozitləri və köçürmələri haqda problemlər yaşanmaqdadır. Cənubi Koreya banklarında İrana aid 7 milyard dolların olduğu və bu pulların İrana verilməsində çətinliklərin yarandığı qeyd edilir. İranın Mərkəzi Bankı Cənubi-Koreyanın bu işdə vədlərinə əməl etmədiyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − four =