‘Windows 10’ sistemində yeni səsli axtarış funksiyası istifadəyə veriləcək

‘Windows 10’ sistemində yeni səsli axtarış funksiyası istifadəyə veriləcək

“Microsoft” korporasiyası populyar “Windows 10” əməliyyat sisteminin yeni funksiyasının sınaqlarına başlayıb. Belə ki, əməliyyat sistemi səsli axtarışın funksionallığını genişləndirəcək “Voice Launcher” adlı yeni səsli axtarış funksiyası ilə təchiz ediləcək. Bu barədə “WindowsLatest” tematik portalının məlumatında deyilir.    

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, “Voice Launcher” funksiyası “Explorer” fayl menecerində və “Setting up” bölməsində, eləcə də “Windows Search” xidmətində axtarış vasitələrini yaxşılaşdırmağa imkan verəcək. Yeni eksperimental funksionallıqdan sistemin mətn daxiletmə sahəsinin mövcud olduğu “Windows Search API” əsasında işləyən bütün komponentlərində istifadə mümkün olacaq.    

“Windows 10”da yeni səsli axtarış “Modern” üslubda tərtibat və istənilən form-faktorlu qurğularda iş üçün optimallaşdırma ilə təchiz edilib. İstifadəçi genişləndirilmiş axtarış quraşdırmalarından istifadə edə bilər – məsələn, avtomatik punktuasiya funksiyasını aktivləşdirmək olar.    

Hazırda yeni funksiya məhdud sayda regionlarda və dillərdə sınaqdan keçirilir.    

“Voice Launcher” səsli axtarış funksiyası ingilis, fransız, portuqal, alman, ispan, italyan, Çin və yapon dillərini dəstəkləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + ten =