Həm öyrənin, həm də öyrədin
Maide.Az günün hədisini təqdim edir:
Əbdüssalam ibn Saleh Hərəvidən belə nəql olunur:
سَمِعتُ أبَا الحَسَنِ الرِّضا (ع) يَقولُ: رَحِمَ اللّهُ عَبدًا أحيا أمرَنا. فَقُلتُ لَهُ: وكَيفَ يُحِيي أمرَكُم؟
“Mən İmam Rzanın “Allah bizim əmrimizi dirçəldən bəndəyə rəhm etsin!” – buyruğunu eşitdikdə, “Əmrinizi necə dirçəltməlidir?” – deyə soruşdum.”
Həzrət buyurdu:
يَتَعَلَّمُ عُلومَنا ويُعَلِّمُهَا النّاسَ، فَإِنَّ النّاس لَو عَلِموا مَحاسِنَ كَلامِنا لاَتَّبَعونا
“Bizim təlimlərimizi öyrənib, xalqa da öyrətməlidir. Əgər xalq sözlərimizin gözəlliklərini duysa, sözsüz, bizə tabe olar.”
“Üyunu əxbarir-Riza (ə)”, c.1, səh.307, hədis 69.