İran nüvə təsisatlarında uranı 90 faizlik zənginləşdirməyə qadir olduğunu bəyan edib

İran nüvə təsisatlarında uranı 90 faizlik zənginləşdirməyə qadir olduğunu bəyan edib

“İran Parlamenti nüvə təsisatlarında uranın 20 faizlik zənginləşdirilməsi haqda qərar qəbul edib. Bizə çox asandır ki, ondan yuxarı da zənginləşdirək, İstər 40 faizlik dərəcəsində olsun və ya hətta 90 faizlik dərəcəsində.”

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.

O bildirib ki, ölkə mütəxəssisləri, parlamentin 20 faiz zənginləşdirilmə ilə bağlı qərarını həyata keçirir və bundan sonra da qadirdir ki, bu rəqəmdən yuxarı, hətta 90 faiz dərəcəsində belə zənginləşdirə bilərlər.

B, Kəmalvəndi əlavə edib ki, ölkədə nüvə təsisatlarında görülən və görüləcək işlər təkcə uranın zənginləşdirilməsi deyil, digər şaxəli sahələri də ehtiva edir.

Qeyd edək ki, İran Parlamenti, nüvə alimi Möhsün Fəxrizadənin terrora məruz qalmasına ilk cavablardan biri olaraq, ölkənin nüvə təsisatlarındakı uranın zənginləşdirilməsinin 5 faizdən 20 faizə qədər artırılması layihəsinə səs verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 3 =