İraq mediası erməni terrorundan yazıb
İraqın “afkarhura.com” xəbər portalında Ermənistan Qarabağda törətdiyi cinayətlərlə bağlı məqalə yayımlanıb.
Trend xəbər verir ki, jurnalist Əli Zülfüqaroğlu və tədqiqatçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə olan yazıda öncə Ermənistanın vətən müharibəsi dönəmində mülki əhaliyə qarşı törətdiyi terror aktlarından bəhs edilir. Bundan başqa, Ermənistanın Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinə raket zərbələri endirməsi nəticəsində uşaqlar və qadınlar daxil olmaqla mülki əhalinin qətlə yetirilməsi, evlərin və digər obyektlərin dağıdılması özbəkistanlı oxucuların diqqətinə çatdırlır. Həmçinin, savaş bitəndən, Ermənistan kapitulyasiyaya imza atandan sonrakı dönəmdə ermənilərin boşaltıqları rayonlarda evləri yandırması, heyvanları vəhşicəsinə öldürməsi, meşələrə od vurması, talan etməsinə, törədilən ekoloji terrorla bağlı faktlara geniş yer verilir.
Yazıda Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda dünya və yerli əhəmiyyətli tarixi abidələrin, muzeylərin soyğuna məruz qalması, həmçinin infrastruktura ciddi zərər verilməsi, məktəblərin, xəstəxanaların yerlə yeksan edilməsi, yaşayış evlərinin sökülərək Ermənistana daşınması diqqətə çatdırlır. Eyni zamanda, qeyd olunur ki, Ermənistanın təzavüzü nəticəsində dəyən maddi ziyanın ilkin hesablamalara görə, 800 milyarddan çoxdur, bu rəqəm getdikcə artır və Ermənistanın təzminat ödəməli olduğu vurğulanır:
“Bunlar təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş terror aktıdır. Bu gün dünyada çoxsaylı münaqişə ocaqları mövcuddur. Bu səbəbdən də Ermənistanın mülki əhaliyə və ekoloji mühitə qarşı törətdiyi bu terror aktı çox təhlükəli tendensiyadır. Ona görə də bu cür vəhşiliklərin davam etməməsi, digər yerlərdə də presedent yaratmaması üçün beynəlxalq ictimaiyyət, xüsusilə xarici media buna duyarsız qalmamalıdır. Bu hadisənin daha çox işıqlandırılmasına, həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına ciddi ehtiyac var…”.
Yazıya burdan daxil olmaq mümkündür: