Yəməndə partlayış baş verdi
Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Ədən şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi Cənubi Keçid Şurasına bağlı olan “Hizam Əmni” qüvvələrinin əl-Məşari hərbi düşərgəsi qarşısında partlayış baş verib.
Bu barədə ölkənin yerli mənbələri məlumat verib.
Zibil konteynerindəki partlayışın yaxınlıqdakı bir məktəbin divarlarının zədələnməsinə, ətrafda böyük səs-küyə səbəb olduğu, ölən və yaralanan olmadığı bildirilib.