İraq məhkəməsi Donald Trampın həbsi barədə qərar çıxarıb

İraq məhkəməsi Donald Trampın həbsi barədə qərar çıxarıb

İraqın “Əl-Rəsafa” Məhkəməsi, prezidentlik dönəmi bu gün rəsmi olaraq sona çatan ABŞ prezidenti Donald Trampın həbsi barədə qərar çıxarıb.İraqın rəsmi “ina.iq” xəbər agentliyinin məlumatına görə, Həşd əl-Şəbi Müqavimət Hərəkatının müavini Əbu Mehdi Əl-Mühəndis və silahdaşlarının terroru ilə bağlı cinayəti araşdıran “Əl-Rəsafa” Məhkəməsinin hakimi “İraq Cinayət Məcəlləsinin” 406-cı maddəsinə əsasən ABŞ prezidenti Donald Trampın həbsi barədə qərar qəbul edib.

İraq Silahlı Qüvvələrinin tərkibində olan Həşd əl-Şəbi Hərəkatının müavini Mehdi Əl-Mühəndisin ailə üzvlərinin şikayətinə baxıldıqdan və digər araşdırmalar başa çatdıqdan sonra məhkəmə bu səhər həbs qərarını verib.

Qeyd edək ki, Donald Tramp rəsmi olaraq elan edib ki, SEPAH generalı Qasim Süleymani ilə birlikdə terror edilən Mehdi əl-Mühəndisə qarşı əməliyyat göstərişini şəxsən özü verib.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + seventeen =