İranın daha bir yük gəmisi Venesuelaya çatıb
ABŞ-ın sərt iqtisadi sanksiyaları fonunda İranın daha bir yük gəmisi Venesuelaya çatıb.
SalamNews Reuters-ə istinadla xəbər verir ki, “Refinito Icon” şirkətinin verdiyi məlumatalara əsasən İranın daha bir yük gəmisi ötən gün Venesuelanın La Guerra limanına çatıb.
Məlumata görə, İran bayrağı altında üzən Qolsan adlı gəmi “Musaxxer Dərya” adlı gəmiçiik şirkətinə məxsusdur.
Gəminin yükünün mahiyyəti məlum edilməyib.
Gəmi noyabrın sonunda İrandan hərəkətə başlayıb.
Qeyd edək ki, İran, ABŞ sanksiyaları fonunda Venesuelaya mütəmadi olaraq, neft, neft məhsulları, benzin, və qida məhsulları daşıyır.