ABŞ-da peyvənd vurulan həkim öldü
ABŞ-ın Florida ştatında həkim Qreqor Maykl koronavirusa qarşı peyvənd vurulandan bir neçə həftə sonra vəfat eib.
Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ona Pfizer şirkətinin peyvəndi vurulub. Ölümünə səbəb hemorajik iflic olub.
Həkimin 57 yaşı olduğu bildirilir. O, Mayami-Biçdəki Mount Sinai tibb mərkəzində ginekoloq işləyirdi.
Həyat yoldaşı Haydi Nekelmann ərinin dekabrın 18-də peyvəndləndiyini və üstündən 16 gün keçəndən sonra öldüyünü deyib.