Hindistanda müsəlman gənclər qətlə yetirildi, meyitləri ailələrinə verilmədi

Hindistanda müsəlman gənclər qətlə yetirildi, meyitləri ailələrinə verilmədi

Hindistanda müsəlmanlara dini zəmində zülmlər səngimək bilmir.

Az.shafaqna.com “ArabNews”a istinadla xəbər verir ki, ölkənin hüquq mühafizə orqanları dekabrın 30-da Kəşmirdə qətlə yetirdikləri 3 gəncin meyitlərini onların yaxınlarına verməkdən imtina ediblər.

16 yaşlı oğlu Əzharı müsəlman qaydaları ilə son mənzilə yola salmaq imkanından məhrum olan Müştaq Əhməd özünə təsəlli vermək üçün yerli qabiristanlıqda məzar qazıb. O, Hindistan hökumətinin oğlunun meyitini qaytaracağına hələ də ümidini itirməyib.

Qeyd edək ki, hər üç gənc terrorçuluqda ittiham edilərək Srinaqar şəhərinin kənarında öldürülüblər. Qətlə yetirilənlərin yaxınlarının tələblərinə rəğmən, mərhumlar doğma kəndlərindən 115 kilometr aralıda yerləşən məzarlıqda torpağa tapşırılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =