Fars körfəzi sahilində İranın dəniz raket bazasının açılışı olub – Video

Fars körfəzi sahilində İranın dəniz raket bazasının açılışı olub – Video

Bu gün İranda gəmi əleyhinə yeraltı raket bazasının açılışı olub. 

 Fars körfəzi sahilindəki SEPAH hərbi-dəniz strateji raket bazalarından biri İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının iştirakı ilə açıb.   

General-mayor Hüseyn Səlami bazada yerləşdirilən sistemləri ziyarət etdikdən sonra bildirib: 

 “Bizim məntiqimiz ölkənin ərazi bütövlüyü və müstəqilliyini və İslam İnqilabının nailiyyətlərini gücləndirməkdir. Düşmənlərimiz məntiqimizin gücünü qəbul etmir. Düşmənlərimizin məntiq gücünü qəbul etmədiklərini, ancaq gücün məntiqinə güvəndiklərini düşünürük. Bu səbəbdən hegemon iradənin və onların planlarının tətbiq edilməsinin qarşısını almaq üçün müdafiə və hücum gücünü gücləndirməkdən başqa yol yoxdur”. 

 General Səlami vurğulayıb ki, bu raketlər yüzlərlə kilometr məsafəyə və dəqiqliyə, çox yüksək dağıdıcı gücə malikdir və düşmənin elektron müharibə avadanlığından keçə bilir: “SEPAH dəniz raketləri, dünyanın ən yaxşı raketləri kateqoriyasında sahildən-dənizə, yerdən-yerə, havadan-dənizə və dəniz-hava döyüşləri sahəsindəki ən inkişaf etmiş raketlərdəndir”. 

Maide.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =