ŞOK: Acun Ilıcalı Adnan Oktarın tələbəsi olub – ARXİV fotosu üzə çıxdı

ŞOK: Acun Ilıcalı Adnan Oktarın tələbəsi olub – ARXİV fotosu üzə çıxdı

“Acun Media” və “TV8” telekanalının sahibi, eləcə də bir çox verilişlərin prodüseri Acun Ilıcalının cinayətkar dəstənin lideri Adnan Oktarla birlikdə çəkdirdikləri foto üzə çıxıb.

ŞOK: Acun Ilıcalı Adnan Oktarın TƏLƏBƏSİ OLUB - ARXİV FOTOsu ÜZƏ ÇIXDISonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə “Cumhuriyet” yazır.

Belə ki, “Veryansın TV” xəbər saytının müəllifi Nihat Gençin paylaşdığı fotonun 90-cı illərdə Anıtkabirdə çəkildiyi bildirilir.

Adnan Oktarın özü Acunun onun tələbəsi olduğunu deyib:

“Acun Ilıcalı da mənim tələbəm olub, qardaşı da. Qardaşı həkimdir və uzun müddət mənim yanımda qalıb. Acun 10-15 illik tələbəmdir.”.

Xatırladaq ki, 2018-ci ildə İstanbul Terror və Mütəşəkkil Cinayətlər üzrə Respublika Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində Adnan Oktar və dəstəsinə qarşı 3 908 səhifəlik ittiham aktı hazırlanıb. Oktar üçün 150 ildən 1365 ilədək həbs cəzası istənilir.

Köhnə qəzetdə çap olunan sözügedən foto nəzarətə alınan Adnan Oktarın məhkəməsi zamanı ortaya çıxıb.

Bəziləri fotoşop olduğunu iddia etsələr də, şəkillə bağlı Acun tərəfindən heç bir açıqlama verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 3 =