İran nüvə təsisatlarındakı beynəlxalq nəzarətiçilərin ölkədən çıxarılması ilə bağlı xəbərdarlıq edib
“Sanksiyalar dayanmasa nüvə təsisatlarındakı beynəlxalq nəzarətçilər ölkədən çıxarılacaq”
SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bunu İran Parlamentinin Rəyasət Heyətinin üzvü Əmirabadi Farahani deyib.
O, verdiyi son açıqlamada, ABŞ sanksiyaları ilə bağlı ölkə parlamentinin qərarlarına diqqət çəkib və bildirib ki, sözügedən sanksiyalar dayanmasa beynəlxalq nəzarətçilər ölkədən çıxarılacaq.
“Parlamentin qərarına əsasən əgər ABŞ-ın bizim maliyyə sistemi, bank, neft və sair sahələrlə bağlı sanksiyaları fevralın 23-ə kimi ləğv edilməsə, BAEA-nin nəzarətçiləri ölkədən çıxarılacaq”, deyə İran rəsmisi xəbərdarlıq edib.
Ə, Farahanin əlavə edib ki, sanksiyalar davam etsə İran, (könüllü şəkildə qəbul etdiyi) “əlavə protokol”un öhdəliklərindən də imtina edəcək.