İŞİD Suriya səhrasında hökumət qüvvələrinə hücum edib, terror təşkilatına aviazərbələr endirilib

İŞİD Suriya səhrasında hökumət qüvvələrinə hücum edib, terror təşkilatına aviazərbələr endirilib

Suriya səhrasında qalan İŞİD terror təşkilatının kiçik dəstələri Həma əyalətinin şərqində hökumət qüvvələrinə və kəndlərə hücuma cəhd ediblər.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, Suriya səhrasında qalmış terror təşkilatının kiçik dəstələri Həma əyalətinin Rahcan bölgəsində hücuma cəhd ediblər.

Burada Suriya Ordusu terror təşkilatının dəstələrinə qarşılıq verib.

Rusiyanın Hərbi Hava Qüvvələri də bölgədə terror təşkilatının mövqelətinə aviazərbələr endirib.

Suriya Ordusu bölgəyə əlavə qüvvələr göndərib.

Qeyd edək ki, terror təşkilatı son ayda olduğu səhradan start götürərək, Dirazzur və Homs yolunda iki dəfə hücum həyata keçirərək, onlarla mülki və hərbi şəxsin ölümünə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 − one =