Şimali Koreya PUA-ları 500 km məsafə qət edəcək
Koreya Xalq Demokratik Respublikası (KXDR) rəhbərliyi 500 km məsafəyə kəşfiyyat uçuşları həyata keçirməyə qadir olan pilotsuz təyyarələr ərsəyə gətirmək niyyətindədir.
Az.shafaqna.com iz.ru-ya istinadla xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi teleqraf agentliyi KXDR Dövlət Şurasının sədri Kim Çen Inın sözlərini yayıb.
Bundan əlavə Koreya kəşfiyyat məqsədləri üçün hərbi peykdən istifadə etməyi planlaşdırır.
Həmçinin Kim Çen In Koreya Əmək partiyasının qurultayında bəyan edib ki, düşmən qüvvələrinin qarşısını almaq məqsədi ilə ölkədə nüvə silahlarının təkmilləşdirilməsi davam etdiriləcək. Phenyanın əsas düşməni kimi isə ABŞ göstərilib.