İraqın şəhərlərində təhlükəsizliyi artıq polis təmin edəcək
Eastnews.org-un verdiyi xəbərə görə, İraq Ortaq Hərəkat Komandanlığı dünən axşam saatlarında yazılı açıqlama yayıb.
Yazılı açıqlamada vurğulanıb ki, dünən axşam saatlarından başlayaraq, İraq şəhərlərində təhlükəsizliyi qorumaq vəzifəsi polis orqanları əməkdaşlarına təhvil veriləcək.
Artıq bunun üçün Daxili İşlər Nazirliyi ilə Müdafiə Nazirliyi arasında koordinasiya mərkəzi də yaradılıb.
Baş Nazir Mustafa əl-Kazıminin tapşırığı ilə əsgərlər şəhərlərin mərkəzindən kənara çıxarılacaqlar.