ABŞ husiləri “terror təşkilatı” elan etmək niyyətində olduğunu bildirib

ABŞ husiləri “terror təşkilatı” elan etmək niyyətində olduğunu bildirib

ABŞ hökuməti Yəmən ictimaiyyətinin mühüm tərkib hissəsini təmsil edən husiləri “terror təşkilatı” elan etmək niyyətindədir.

SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo açıqlama verib.

O, ötən günkü bəyanatında bildirib ki, husilərin “terror təşkilatı” tanınması ilə bağlı Konqresə öncədən məlumat verilib.

Əlavə edilib ki, husiləri təmsil edən “Ənsarullah” hərəkatının üç lideri o cümlədən Əbdül-Məlik əl-Husi “beynəlxalq terrorçu” kimi “qara siyahı”ya salınacaq.

Qeyd edək ki, ötən həftə Konqres hadislərindən sonra ABŞ-da dövlətdə olan bir sıra siyasətçilər, getməkdə olan Donald Tramp Administrasiyasının qəfil qərarları barədə xəbərdarlıq ediblər.

Bir çox ekspertlər bu qənaətdədir ki, getməkdə olan Donald Tramp Administrasiyası Yaxın Şərqdə İsrailin və Səudiyyə koalisiyasının lehinə qərarlar verə, hətta ABŞ-ın digər rəsmi qurumları və istansiyalarının icazəsi olmadan müharibə təhlükəsi yaradan hücumlar həyata keçirə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + three =