ABŞ əsgərləri: “Hələ də qorxularımız, kabuslarımız var. 29 əsgər ağır yaralandı”

ABŞ əsgərləri: “Hələ də qorxularımız, kabuslarımız var. 29 əsgər ağır yaralandı”

ABŞ Vaşinqton Post qəzeti İranın ABŞ-ın İraqdakı Əynul Əsəd bazasına raket zərbəsinin ildönümündə hücumu işıqlandırıb.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Vaşinqton Post qəzeti Əynul Əsəd bazasında olan bəzi ABŞ əsgərlərinin İranın raket zərbəsi ilə bağlı acı xatirələrinin bəzi hissələrini açıqladığı bir yazı dərc edib. Qəzetin yazdığına görə, İranın raket zərbələri nəticəsində heç bir ABŞ əsgəri öldürülməsə də, bu amerikalılara son illərdəki ən güclü hücum olub.

Mayor Alan Conson İranın raket zərbəsinin yaratdığı partlayış dalğalarını xatırlayaraq, belə deyib: “Hələ də narahatam və qorxulu yuxular görürəm, raketlərin səsini xatırlayıram.

Həqiqət budur ki, hər kəsdə beyin travması əlamətləri var idi. Bu simptomlar bütün gecə yaşadıqlarımızla müqayisədə əhəmiyyətsiz idi”.

ABŞ Hərbi Hava Qüvvələrinin Əynul Əsəddəki əməliyyat zabiti, polkovnik-leytenant Conatan Cordan, raket zərbəsinin verdiyi psixoloji ziyanı heç kimin təsəvvür edə bilməyəcəyini söyləyib.

Qəzetin yazdığına görə, İranın raket zərbəsi vaxtı Əynul Əsəd bazasında yerləşən 110 ABŞ hərbçisi beyin travması alıb və bəziləri uzun müddət xəstəxanada yatıb.

Vaşinqton Post İranın Əynul Əsədə vurduğu raket zərbəsi və Pentaqonun o vaxt məxfi saxladığı hücumun təfərrüatlarını daha ətraflı açıqlayaraq, mayor Conson da daxil olmaqla 29 ABŞ hərbçisinin ağır yaralandığını və ABŞ-ın onlara “Bənövşəyi ürək” medalı verdiyini bildirib. Bu hadisədən xilas olanların bildirdiyinə görə, İranın hücumu bəzi əsgərlərin əsəb sistemini pozub və çarəsiz edib. Əynul Əsəddə yerləşən ABŞ Hava Qüvvələrinin mütəxəssisi Samuel Levander belə deyib: “İranlılar Əynul Əsədə kilometrləl məsafədən güclü raketlərlə hücum etdilər”.

ABŞ-ın digər bir hərbi rəsmisi Naval Yarns isə, İran raket zərbəsindən bir neçə dəqiqə əvvəl oğluna dəhşətli hadisə baş verəcəyi təqdirdə son sözünü deyə bilməsi üçün mesaj yazmağa qərar verdiyini xatırlayır.

Əynul Əsəddəki digər ABŞ hərbçisi Dryu Davenport, ilk raketin yerli vaxtla gecə saat 01:30 radələrində minaya qarşı maşını vurduğunu söyləyərək, hadisənin bəzi hissələrini izah edib: “Qırmızı və narıncı göbələk buludlarını xatırlayıram. Gördüyüm ən pis şeylərdən biridir”.

Dryu Davenport bunun bəzilərinin nə olduğunu hələ də bilmədiklərini və bunun məyyusluq yaratdığını açıq şəkildə etiraf edib.

Vaşinqton Post ABŞ qüvvələrinin İranın raket zərbəsindən xilas olmasına baxmayaraq, bir il sonra bu hücumun nəticələri hələ də onlara əzab verdiyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − thirteen =