Səudiyyə rejimi Qətib bölgəsində daha 4 fəalı həbs edib
Səudiyyə Ərəbistanı rejim qüvvələri şiələrin məskunlaşdığı əl-Əvamiyyə rayonun Qətib bölgəsində 4 fəalı həbs edib.
Məlumata görə, rejim qüvələri Qətib bölgəsində yaşayış binasına hücum edib. Hücum zamanı tanınmış insan haqları fəalı Fazil Əs-Safvani və daha 3 nəfər saxlanılaraq naməlum istiqamətə aparıb.
Bildirilir ki, saxlanılan şəxslər Səudiyyə rejimi əleyhinə mitinqlərdə iştirak etməkdə ittiham olunurlar.
Maide.az