Ayətullah Xameneinin qadağan etdiyi koronavirus peyvəndlərində İsrail izi – Araşdırma

Ayətullah Xameneinin qadağan etdiyi koronavirus peyvəndlərində İsrail izi – Araşdırma

İsrail mətbuatı son günlərdə dünyanın müxtəlif ölkələrində istifadə olunan Amerikanın “Pfizer” və “Moderna” şirkətlərinin koronavirus peyvəndi barədə yazı dərc edib. Yazıda qeyd olunub ki, Amerikanın “Pfizer” və “Moderna” şirkətlərinin bir neçə yüksək səviyyəli rəhbəri ABŞ-a köçmüş israillilərdir.

“Times of Israel” reportajında peyvənd istehsalçısı “Pfizer”in baş direktoru və sədri Albert Borlayı fanatik israilli olaraq xarakterizə edib.

Xəbərdə İsrailin Vaşinqtondakı səfirliyinin 2020-ci ildə keçirdiyi virtual tədbirdə “Hanuka” şamlarını yandıran, “Kipa” yəhudi şapkası taxan Borlanın şəkli göstərilir. Yazıda qeyd olunur ki, onun valideynləri Yunanıstanın ikinci böyük şəhəri olan Selanikdəki nasistlərdən qaçan yəhudilər olub.

İsrail mediası məqalədə onu Nyu-York sakini, Yunanıstanın Selanik şəhərindən olan yəhudi kimi tanıdıb. Məlumata görə, “Pfizer” peyvənd şirkətinin digər yüksək səviyyəli icraçısı Maykl Dolesten İkinci Dünya müharibəsinin ilk günlərində ailəsi Avstriyadan qaçan İsveç əsilli yəhudi mühacirdir.

Məlumata görə, bir gənc olaraq işğal altındakı Fələstinə bir neçə dəfə səyahət edib və bir il işğal olunmuş Fələstindəki Viseman İnstitutunda oxuyub.

“Times of Israel” Dolesteni 2004-cü ildə İsveçdən Nyu-Yorka gedən yəhudi mühacir kimi tanıdıb. İsrail mediasında adı keçən üçüncü şəxs “Moderna” şirkətinin baş tibb direktoru və başqa bir Amerika peyvəndinin istehsalçısı Tal Zaksdır. O, işğal altındakı Fələstinin Hayfa şəhərində anadan olan İsrail vətəndaşı yəhudidir və Fələstindəki Benqurin Universitetində dərəcəsini alıb və Milli Sağlamlıq İnstitutlarında araşdırmalarını tamamlayıb.

Bu insanların koronvirus peyvəndi istehsalında aparıcı Amerika şirkətlərinin rəhbər vəzifələrində olması, bu peyvəndlərin Amerika xalqı arasında, xüsusən də Amerika səhiyyəsi və tibb ictimaiyyəti arasında peyvəndin istifadə edilməsinə dair çox şübhələr yaradıb.

Son araşdırma minlərlə ABŞ səhiyyə işçisinin əks təsirlərdən qorxaraq/, koronavirus peyvəndi almaq istəmədiyini ortaya çıxarıb. “Daily Mail”in verdiyi məlumata görə, sorğuda iştirak edən “Ohio” qocalar evi işçilərinin 60 faizi, Kaliforniya səhiyyə işçilərinin təxminən yarısı və Los Anceles tibb bacılarının 40 faizi koronvirus peyvəndi almaqdan imtina edib. Sorğu iştirakçıları peyvənd almanın təhlükəli əks təsirlərindən narahat olduqlarını və siçan kimi davranmaq istəmədiklərini söyləyiblər.

Amerikanın “USA Today” qəzeti bu yaxınlarda koronavirus peyvəndi alındıqdan təxminən iki həftə sonra bir amerikalı həkimin öldüyünü bildirib.

Mayamidəki “Mount Sinai” Tibb Mərkəzində çalışan doktor Qroqeri Miçellenin xəstəlik tarixçəsi olmasa da, trombosit çatışmazlığından qaynaqlanan insultdan öldüyü bildirilib.

Bundan əvvəl portuqaliyalı bir tibb işçisi Sonia Asvido “Pfizer” koronavirus peyvəndi vurulduqdan 48 saat sonra qəfildən ölüb. 41 yaşlı qadın 30 dekabrda “Bionetek-Pfizer” peyvəndi qəbul etdikdən sonra heç bir əks təsir hiss etməyib, ancaq 1 yanvarda ölüb. Norveçdə isə iki qadın “Pfizer” peyvəndi vurulduqdan sonra ölüb.

Hesabatlara əlavə olaraq, bu peyvəndləri qəbul edənlər arasında çox sayda əks təsirlər olduğu da bildirilib.

“New York Times” bundan əvvəl ABŞ-ın Alyaska ştatındakı iki tibb bacısının “Pfizer” peyvəndinə allergiyası olduğunu bildirmişdi. Heç bir allergik xəstəliyi olmayan tibb bacılarından biri peyvənd vurulduqdan cəmi 10 dəqiqə sonra reaksiya verib.

Qəzetin yazdığına görə, İngiltərədə “Pfizer” peyvəndi vurulan şəxslərdə allergiya və əks təsir halları olub. Bununla birlikdə, ABŞ Prezidenti Donald Tramp “Pfizer” peyvəndini təsdiqləyib və ölkədə istifadəsinə icazə verib. Səhiyyə rəsmiləri bu peyvəndlə bağlı lazımi araşdırmaların hələ tamamlanmadığına dair xəbərdarlıq edib.

“Pfizer” peyvəndi İngiltərədə ABŞ-dan daha erkən təsdiqlənib. ABŞ hökumətinin koronvirus qrupunun rəsmisi Antoni Fauci bunu tələsik addım adlandırıb.

Qeyd edək ki, bu yaxınlarda İran İslam İnqilabının Ali rəhbəri Ayətullah Seyid Əli Xamenei Amerika və İngiltərə peyvəndlərinin gətirilməsinin qadağan olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =