Husilər ABŞ-ı təhdid etdi: Terror təşkilatı kimi tanınsaq…

Husilər ABŞ-ı təhdid etdi: Terror təşkilatı kimi tanınsaq…

Husilər ABŞ-ın onu “terror” təşkilatı kimi tanıyacağı halda cavab addımları atacaqlarını bildiriblər.  

Axar.az xəbər verir ki, bunu husilərin Yəmən hökuməti ilə danışıqlardakı nümayəndə heyətinin rəhbəri Məhəmməd Əbdüssalam deyib.  

“Əgər bu mövqe ciddi nəzərdən keçirilməsə, bizə münasibətdə tədbirlər görülsə, biz də bir çox məsələdə amerikalılarla analoji formada davranacağıq”, – deyə o bildirib.  

Qeyd edək ki, ABŞ Dövlət katibi Pompeo Ənsarullah hərəkatını “terror” təşkilatı siyahısına salacaqlarını açıqlayıb.

Maide.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 1 =