İran Hərbi Dəniz Qüvvələri raket və artilleriya birləşmələrinin təlimlərini keçirəcək
İran Hərbi Dəniz Qüvvələri Oman dənizi və Kənarək bölgəsinin sahilində raket və artilleriya birləşmələrinin təlimlərini keçirəcək.APA-nın Tehran bürosunun məlumatına görə, iki günlük təlimlərdə Hərbi Dəniz Qüvvələrinin bütün bölmələri və hərbi texnikaları iştirak edəcək. Təlimlər çərçivəsində HDQ-ə iki yeni hərbi gəmi təhvil veriləcək.
Təlimlərdə məqsəd HDQ-nin raket və artilleriya bölmələrinin gücünü artırmaqdır.
Islamtimes.org