Netanyahu işğal edilən İordan çayının qərbində daha 800 evin inşası haqda göstəriş verib

Netanyahu işğal edilən İordan çayının qərbində daha 800 evin inşası haqda göstəriş verib

İsrail baş naziri Benyamin Netanyahu işğal altında olan Fələstinin İordan çayının qərb sahilində daha 800 mənzilin salınması haqda göstəriş verib.

SalamNews FransPress-ə istinadla xəbər verir ki, bu barədə İsrail hökuməti bəyanat verib.

Bildirilib ki, İordan çayının qərb sahilində (sonradan salınan) Məşida şəhərində 800 evdən ibarət daha bir şəhərciyin salınması haqda baş nazir tərəfindən göstəriş verilib.

Qeyd edək ki, ABŞ istisna olmaqla böyük dövlətlərin hamısı İsrailin (1967-ci ildə işğal etdiyi) İordan çayının qərbində şəhər və qəsəbələr salmasını qeyri-qanuni hesab edirlər. Avropa İttifaqı bu şəhər və qəsəbələrin məhsullarını boykot edib.

Məlumata görə İsrail son 53 ərzində bölgədə azı 300 şəhər və qəsəbə salıb. İsrail son dönəmlərdə bu massivlər üzərində suverenliyini elan etməyi planlaşdırırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 17 =