Yaponiyanın cənubunda yük gəmisi batıb

Yaponiyanın cənubunda yük gəmisi batıb

Yaponiyanın cənubunda Panama bayrağı altında üzən yük gəmisi batıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, insident Naxa şəhərindən (Okinava prefekturası) təxminən 870 kilometr cənubda baş verib.

Məlumata əsasən, hadisə yerinə Yaponiyanın xilasetmə qüvvələri göndərilib. Qeyd edilir ki, gəminin 22 nəfərdən ibarət heyəti xilasedicilərin gəlməsini gözləyir.

Gəminin batmasının səbəbi barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 12 =