İran ən böyük hərbi gəmisini təqdim etdi

İran ən böyük hərbi gəmisini təqdim etdi

İran ölkənin donanma tarixindəki ən böyük döyüş gəmisi olan “Makran” helikopter daşıyan gəmi daxil olmaqla iki yeni döyüş gəmisini təqdim edib.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin açıqlamasında, ölkənin şərqindəki Makran bölgəsinin adını daşıyan helikopterdaşıyıcı gəmisinin, donanmanın uzaq dəniz bölgəsində, xüsusilə Hind okeanının şimalında, Babul Məndab boğazı və Qırmızı dənizdəki dəniz əməliyyatlarını dəstəkləmək üçün hazırlanmış üzən baza olduğu qeyd edilib. Gəminin 6 helikopter, sürətli qayıq və dənizçilərin xüsusi təyinatlılarını daşımaq gücünə sahib olduğu qeyd edilib.

İran Hərbi Dəniz Qüvvələrinin təqdim etdiyi ikinci gəmi “Zireh” adlı raket korveti olub.

Hər iki gəmi dünən (12 yanvar) rəsmi olaraq ordunun xidmətinə təhvil verilib və İran Hərbi Dəniz Qüvvələrinin Oman Körfəzindəki iki günlük “İqtidar” gəmi təlimində iştirak edib.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Hüseyin Xanzadə bu növdəki digər gəmilərin yaxın illərdə orduya qatılacağını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =