ABŞ İrana görə 50 gündür yüksək hazırlıq vəziyyətindədir

ABŞ İrana görə 50 gündür yüksək hazırlıq vəziyyətindədir

Yayılan məlumatlara görə, İranın şəhid Hacı Qasım Süleymaninin intiqamını almaq qorxusuna görə, ABŞ-ın Qərbi Asiyadakı qüvvələri təxminən 50 gündür yüksək hazırlıq vəziyyətindədir.

Deyerler.org xəbər verir ki, Farsnews müxbirinin əldə etdiyi məlumatlar bölgədə mövcud olan ABŞ qüvvələrinin tam hazır vəziyyətdə olduqlarını göstərir.

Amerikanın “Politico” qəzeti 10 dekabr tarixli bir hesabatında ABŞ hərbi səlahiyyətlisinə istinadən bunları yazıb: “ABŞ ordusu hazırlıq vəziyyətindədir və İranın mümkün hücumuna cavab vermək üçün Qərbi Asiyadakı müdafiəsini gücləndirdi”.

Bu xəbərlərə görə, bu tədbirlər xüsusilə 3 yanvarda (ABŞ-ın Müqavimət şəhid komandirlərinə qarşı həyata keçirdiyi terror əməliyyatının ildönümü) daha da gücləndirilib.

Son günlərdə ABŞ bu mövzuda hərbi rəsmilərinin utanmasına səbəb olan qərarlar qəbul edib. Bunlardan biri də USS Nimitz təyyarədaşıyıcısını Qərbi Asiya bölgəsindən çıxarılması qərarının açıqlanması idi. Qərarı elan etdikdən üç gün sonra, müdafiə naziri səlahiyyətlərini icra edən Kristofer Millerin əvvəlki əmrinə qayıtdığını bildirmişdi.

“Nyu-York Tayms” qəzetinin yazdığına görə, ABŞ kəşfiyyat agentlikləri aylardır İranın və ya İranın vəkil qüvvələri adlandırdıqlarının, şəhid general Süleymaninin qətlinə cavab olaraq bölgədəki ABŞ hərbi zabitlərini və mülki məmurlarını hədəfə almağa çalışdığını iddia edir.

ABŞ-ın bölgədəki son hərəkətləri, məsələn, açıq və çəkindirici mesaj olaraq adlandırılan hal üçün Fars körfəzi üzərində iki ABŞ bombardmançı təyyarəsinin göndərilməsi, müqavimət komandirlərinin 3 yanvar 2020-ci il tarixli qətlindən sonra, amerikalıların çıxışlarına və hərbi təhdidlərinə bənzəyir. Təhdidlər, İranın ABŞ-ın İraqdakı bazasına hücumundan sonra baş verib və əvvəllər təhdidedici dildə danışan ölkə rəsmiləri, hücumdan sonra geri çəkilib və gərginliyin azaldığını söyləyib.

Vaşinqton Post qəzeti İranın ABŞ-dakı Əynul Əsəd bazasında yerləşdirilən ABŞ qüvvələrinə raket zərbəsinin ildönümündə, ABŞ qüvvələrinin İranın Əynul Əsədə raket zərbəsindən xilas olduğunu, ancaq bir il sonra hələ də fəsadlarının göz qabağında olduğunu yazmışdı.

Xəbərdə bəzi ABŞ əsgərlərinin bu hücumdan acı xatirələri göstərilib. Qəzetin yazdığına görə, İranın raket zərbələri nəticəsində heç bir ABŞ əsgəri öldürülməsə də, bu amerikalılara son illərdəki ən güclü hücum idi.

Mayor Alan Conson İranın raket zərbəsinin yaratdığı partlayış dalğalarını belə xatırlayıb: “Hələ də narahatam və qorxulu yuxular görürəm, raketlərin səsini xatırlayıram. Həqiqət budur ki, hər kəsdə beyin travmasının əlamətləri var idi, ancaq bu simptomlar bütün gecə yaşadıqlarımızla müqayisədə əhəmiyyətsizdir”.

ABŞ Hərbi Hava Qüvvələrinin Əynul Əsəddəki əməliyyat zabiti, polkovnik-leytenant Conatan Cordan da raket zərbəsi nəticəsində ortaya çıxan psixoloji zərərdən hər kəsin xilas olmasının ağlasığmaz olduğunu söyləyib.

Qəzetin yazdığına görə, İranın raket zərbəsi vaxtı Əynul Əsəddə yerləşən 110 ABŞ hərbçisi beyin travması almış və bəziləri uzun müddət xəstəxanada yatmışdı.

Alınan məlumata görə, ərazidə olan ABŞ qüvvələri təxminən 50 gündür tam hazır vəziyyətdədir və gecələri sığınacaqda keçirirlər.

Bu tədbirlər İranın qisas alma qaydasını və keyfiyyətini göstərmədən, şəhid Süleymaninin öldürülməsi üçün terrorçulardan istədiyi vaxt və uyğun hesab etdiyi yerdə intiqam alacağını elan etməsinə görədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =