İran və Kuba birgə koronavirus peyvəndinin heç bir əks təsiri olmayıb
Eastnews,org-un verdiyi xəbərə görə, İranın Paster institutunun rəhbəri İran-Kuba birgə peyvəndi istehsalının pnevmaniya peyvəndi üzərində qurulduğunu söyləyib.
Doktor Əlirza Biqleri verdiyi açıqlama zamanı bildirib ki, Kuba ilə birlikdə hazırlanan koronavirus peyvəndinin klinik sınaqlarının birinci və ikinci mərhələlərinin bu günə qədər heç bir əks təsiri olmayıb:
“Bu birgə peyvəndin klinik sınaqlarının üçüncü mərhələsi iki ölkədə eyni vaxtda başlayacaq. 5-6 ay əvvəl Kubanın əməkdaşlığı ilə başlayan və klinik sınaq mərhələsində olan peyvənd uşaq pnevmaniyası peyvəndi ilə uyğundur.
Bu peyvənd çox təhlükəsizdir və bu günə qədər heç bir əks təsiri olmayıb”.