İstifadəçi məlumatlarını toplayan tətbiqlər arasında “Facebook” birinci sırada yer alıb

İstifadəçi məlumatlarını toplayan tətbiqlər arasında “Facebook” birinci sırada yer alıb

Təxminən 1,5 milyard istifadəçisi olan dünyanın ən populyar mesajlaşma şəbəkəsi “Whatsapp”ın yeni müqavilə qaydaları və müştərilərin şəxsi məlumatlarını “Facebook”a ötürəcəyinə dair açıqlamasından sonra  bir çox insan bu tətbiqi cihazlarından silməyə və fərqli şəbəkələrə keçməyə başladı.

İnterAz xəbər verir ki, son həftədə milyonlarla istifadəçisini itirən “Whatsapp”ın yeni müqavilə və məlumat paylaşma qaydalarının 8 fevralda tətbiq edilməsi gözlənilir.

Amma bununla belə fərdi məlumatların məxfiliyi və saxlanması məsələsinə gələndə bir çox tətbiq “Whatsapp”ı geridə qoyub.

Məsələn, “Whatsapp”la birlikdə “Instagram” tətbiqini özündə cəmləşdirən “Facebook” Whatsapp-dan 7 dəfə çox müştəri məlumatları əldə edir.

Həmçinin “Spotify”, “Amazon”, “Netflix” və “Air Bnb” kimi mesajlaşma və ya rabitə xidmətləri göstərməyən şirkətlərin tətbiqləri məlumat bazalarında “Whatsap”dan qat-qat çox “müştəri məlumatları” saxlayır.

İnternet təhlükəsizliyini araşdıran və müstəqil fəaliyyət göstərən “Cladio” şirkəti, “Facebook”, “Instagram”, “Twitter”, “Whatsapp”, “Google Maps”, “Air Bnb”, “Spotify”, “Tinder”, “Uber”, “Tiktok”, “Amazon”, “Ikea”, “Paypal” və “Netflix” kimi bir çox fərqli sahələrdə xidmət göstərən şirkətlərin ağıllı telefon tətbiqetmələrində və veb saytlarında istifadəçilərdən tələb olunan məlumatların geniş siyahısını hazırlayıb.

Bu araşdırma aparılarkən müştərinin ad, soyad, e-poçt, yaş, cins, doğum tarixi və yeri, cinsi oriyentasiyası, irqi, dini inancı, ailə vəziyyəti, ev ünvanı, iş yeri, istifadə olunan mobil cihaz, ananın qızlıq soyadı və bank detalları olmaqla 32 fərqli fərdi məlumat analiz edilir.

“Cladio”nun siyahısına görə, istifadəçilərin özəl məlumatlarına dair “ən çox məlumata sahib olan” və müştərilər haqqında “ən çox məlumat toplayan” tətbiqetmə  70,59 faizlə “Facebook” olub.

Siyahıda ilk beşlikdə 58,82 faizlə “Instagram”, 55,88 faizlə “Tinder”, “52,94” faizlə “Grindr” və “Uber” yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − twelve =