ABŞ-ın qadağan etdiyi cihazı iranlı mütəxəssislər özləri hazırladı
İranlı mütəxəssislər sanksiyalar səbəbindən idxal edilə bilməyən içməli su istehsal edən cihazı öz gücləri hesabına hazırlamağı bacarıblar.
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, ABŞ-ın İrana qarşı sanksiyaları davam etdirməsi, İran alimlərinin inkişafının qarşısını ala bilməyib.
Belə ki, iranlı mütəxəssislər son vaxtlar təmiz içməli su olmayan bölgələrdə bu problemi həll etmək üçün qollarını çırmalayıblar.
İranlı mütəxəssislər sanksiyalara görə idxal edilə bilməyən içməli su istehsal edən cihaz hazırlamağı bacarıblar.
Cihaz nano texnologiya mərkəzi tərəfindən də təsdiqlənib.