İsrail Bəhreynə səfirəvəzi göndərib
![İsrail Bəhreynə səfirəvəzi göndərib](https://sizinyol.org/wp-content/uploads/2021/01/4444555.jpg)
İsrail Bəhreynlə münasibətləri normallaşdırdıqdan sonra bu ölkədəki diplomatik nümayəndəliyinə ilk təmsilçisini göndərib.
SalamNews xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin tvitter səhifəsində məlumat verilib.
Bildirilib ki, İsrailin Bəhreyndəki səfirəvəzi bura yollandıqdan sonra, krallığın Xarici İşlər Nazirliyinin beynəlxalq işlər üzrə nümayəndəsi Abdullah bin Əhməd Ali-Xəlifə ilə görüşüb.
Qeyd edək ki, İsrail və Bəhreyn ötən ilin sentyabr ayında Vaşinqtonda münasibətlərin rəsmiləşdirilməsi barədə sənəd imzalayıblar.
Artıq İsraillə münasibətləri normallaşdıran ərəb dövlətlərinin sayı altıya çatıb.