Kərkükdə İŞİD-ə qarşı əməliyyatlar başlandı
İraqın Kərkük şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyatlar zamanı terrorçulara aid 3 sığınacaq məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə Kərkük Ortaq Əməliyyatlar komandanı Saad Harbiyə deyib.
O, Qarha Kazan vadisində İŞİD-ə qarşı əməliyyatların başladıldığını bildirib.
Harbiyə ərazidə İŞİD-çilərə məxsus xeyli silah-sursatın da ələ keçirildiyini qeyd edib.