Amerikalılar ölkələrinin çökdüyünü hesab edir
Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-da keçirilən sorğunun nəticələrinə əsasən, Amerika vətəndaşlarının əksəriyyəti ölkələrinin dağılacağına inanır.
“Axius” saytının məlumatına görə, “Ipsus” agentliyinin yayımladığı nəticələr göstərir ki, əksər amerikalılar ölkələrinin dağılmasını görürlər. Sorğuda iştirak edən amerikalıların 79%-i bu fikri bölüşüb.
Sorğu göstərir ki, Demokratların 83 faizi və Respublikaçıların 78 faizi ölkələrinin dağılacağına inanır.
Sorğu Donald Trampın tərəfdarlarının ABŞ Konqresinə hücumundan bir həftə sonra keçirilib.