İsraillilər BƏƏ-yə artıq vizasız gedir. Bəs müsəlmanlar?

İsraillilər BƏƏ-yə artıq vizasız gedir. Bəs müsəlmanlar?

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında münasibətlərin normallaşmasına dair saziş imzalandıqdan sonra iki ölkə arasında viza rejimi ləğv edildi.

Az.shafaqna.com “TRT World”a istinadla xəbər verir ki, yəhudi ölkəsinin nümayəndələrindən fərqli olaraq, müsəlman dövlətlərinin böyük əksəriyyətinin vətəndaşları BƏƏ-yə getmək üçün mütləq viza almalıdırlar.

Yalnız Fars körfəzi ölkələri, Qazaxıstan, Malayziya, Bruney və Maldiv adaları istisnadır.

Qəribədir ki, Avropa Birliyinə daxil dövlətlərin vətəndaşlarına da BƏƏ-yə səfər etmək üçün viza tələb olunmur. Böyük Britaniya, ABŞ və Avstraliya vətəndaşları isə artıq BƏƏ-yə gəldikdən sonra viza ala bilirlər. Hətta çinlilər, yaponlar və ruslar da Əmirliklərə yalnız xarici pasportla səfər edirlər.

Maraqlıdır ki, BƏƏ bəzi müsəlman ölkələri (Əfqanıstan, İraq, İran, Pakistan) vətəndaşlarından vizadan savayı bir sıra digər sənədlər də tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − nine =