Hələbdə beynəlxalq uçuşlar başladıldı
Eastnews.org-un verdiyi xəbərə görə, Suriyanın Hələb şəhərində yerləşən hava limanında beynəlxalq uçuşlar bərpa edilib.
Faktı Suriya Mülki Aviasiya Xidməti də təsdiqləyib.
Xidmətdən bildirilib ki, uzun müddətdir dayandırılan beynəlxalq uçuşlar Beyrut istiqamətində baş tutacaq.
Qeyd olunub ki, fasilə koronavirus pandemiyasına olsa da hazırda problemlərin böyük hissəsi aradan qaldırılıb.