Ali Dini Rəhbərin hüzurunda Əyyami Fatimə (s.ə.) məclisinin əza gecəsi
Həzrəti Rəsulallahın (s) ciyərparəsi Xanım Fatimeyi Zəhranın (s.ə.) müsibətli şəhadətinin ikinci tarixinin ildönümü münasibətilə yas mərasiminin ilk gecəsi, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneini hüzurunda İmam Xomeyni hüseyniyyəsində camaatın iştirakı olmadan keçirilib.
Deyerler.org Khamenei.ir-ə istinadən xəbər verir ki, höccətül-İslam vəl muslimin Kazım Siddiqi mərasimdə etdiyi xütbəsində Həzrət Zəhranın (s.ə.) müqəddəs varlığına toxunaraq, belə deyib: “Quranın nəcib ayələrinə görə, həqiqət yolunda qətilik, sabitlik və əzm qazanmağın tələbi, Allaha ibadət etmək, təkəbbür və üstünlüyü axtarmaqdan çəkindirməkdir”.
Daha sonra mərasimdə rövzə və mərsiyələr oxunaraq müsibətli şəhadət hüznlə yad olunub.
Deyerler.org