Əfqanıstanın Hərat şəhərində polisə hücum edilib, azı 13 ölü var

Əfqanıstanın Hərat şəhərində polisə hücum edilib, azı 13 ölü var

Əfqanıstanın Hərat şəhərində Taliban silahlıları polis qüvvələrinə hücum edib.

SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu barədə Həratın Polis İdarəsi bəyanat verib.

Bildirilib ki, “Talibanın polis qüvvələrinə sızmış ünsürləri ötən gecə saatlarında təhlükəsizlik qüvvələrindən 13-ü qətlə yetirdikdən sonra qaçıblar.”

Terror hücumunu həyata keçirən şəxslər qətlə yetirilən polislərin silahlarını da özləri ilə aparıblar.

Bu arada Əfqanıstanın Daxili İşlər Nazirliyi bildirib ki, son sutkada Talibanın Künduz, Qəzni Qəndəhar əyalətlərində həyata keçirdiyi hücumlarda daha 12 təhlükəsizlik qüvvəsi həyatını itirib.

Bu hücum və qarşıdurmalar Əfqanıstandaxili danışıqlar fonunda baş verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − ten =