Tehran, İran- Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasına ev sahibliyi edir

Tehran, İran- Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasına ev sahibliyi edir

İran- Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclası bazar ertəsi Tehranda öz işinə başlayır.  

Maide.Az IRNA-a istinadla xəbər verir ki,  İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi deyib: “Sabah Bakıdan böyük iqtisadi nümayəndə heyətinin Tehrana səfər etməsi ilə nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, müalicə, sosial, mədəni, turizm, kənd təsərrüfatı, bankçılıq, sığorta və digər sahələrdə İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclası keçiriləcək.”  

Musəvi, Tehranda keçiriləcək iki günlük iclası həmçinin iki qonşu ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından vacib adlandırıb.   

İclas ərəfəsində, İran səfiri Azərbaycanın bir sıra iqtisadi rəsmiləri ilə, o cümlədən Sahibkarlar Konfederasiyasının prezidenti və “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri ilə görüşüb və iki ölkə arasında iqtisadi əməkdaşlığın müxtəlif aspektlərini nəzərdən keçirib.  

Qeyd edək ki, İran və Azərbaycan arasında İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası 19 mart 2019-cu ildə Bakıda keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − 3 =