Şeyx İsa Qasim edam olunanlardan danışdı

Şeyx İsa Qasim edam olunanlardan danışdı

Eastnews.org-un verdiyi xəbərə görə, Bəhreynin nüfuzlu din xadimi Ayətullah Şeyx İsa Qasim siyasi fəallara edam cəzası verilməsini qınayıb.

O, öz açıqlamasında bildirib ki, hökumət əleyhinə olan insanları edamlarla susdura bilməyəcək.

“Edam olunanlar və həbsə atılanlar daim Bəhreyn xalqının qəlbində yaşayacaqlar. Biz şəhidlərimizi və fədakar insanlarımızı heç vaxt unutmayacağıq”, – deyə Şeyx İsa Qasim diqqətə çatdırıb.

Şeyx İsa Qasim hökumətin İsrail rejimi ilə yaxınlaşmasını da İslam dininə xəyanət olaraq xarakterizə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − three =