Sionist rejim Yəmən ordusunun güclənməsindən narahatdır

Sionist rejim Yəmən ordusunun güclənməsindən narahatdır

Keçən həftə mediada Sionist rejimin Fələstinin cənubundakı Eilat şəhərinin ətrafında Dəmir Qübbə və Patriot raketdən müdafiə sistemlərini yerləşdirdiyi bildirilmişdi.

Deyerler.org xəbər verir ki, sionist rejimin işğal etdiyi Fələstin torpaqlarında yaşayan yəhudi analitik Şlomo Riesel raket əleyhinə müdafiə sisteminin Eilatda yerləşdirilməsinin İsrail rejiminə Yəməndən gələn əsl təhlükə barədə xəbərdar etdiyini söyləyib.

Müdafiə sistemlərinin yerləşdirilməsinin Eilat bölgəsindəki hərbi bazaları və sakinlərini qoruyacağını və İsrail rejiminin bu cür hücumlara əvvəlcədən hazırlaşmağa çalışdığını iddia edib.

Sionist analitik təcavüzkar koalisiyanın cinayətlərinə cavab olaraq Səudiyyə rejimi və BƏƏ-dəki hədəflərə qarşı Yəmən ordusu və xalq komitələrinin əməliyyatlarını təsvir etməyə davam edərək, narahatlıq doğuran şeyin bu hədəflərin Sənadan 1500 km məsafədə olması olduğunu söyləyib: “Narahatlıq doğuran şey Ənsarullahın pilotsuz təyyarələrinin çeşidini artıra bilməsi və onları Eilat limanına göndərməsidir. Narahatlığın ikinci mənbəyi hərəkatın ballistik raketləridir”.

Sionist rejim hər zaman gəmilərinin Bab əl-Məndəbin digər tərəfində olan Eritreyadakı dəniz və ya kəşfiyyat bazalarından gizli hücumların hədəfinə çevrilməsinin qarşısını almağa çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 16 =