İran Azərbaycanla sərhəddə yerləşən Hirkan meşələrində yanğına görə helikopterlər cəlb edib (VİDEO)

İran Azərbaycanla sərhəddə yerləşən Hirkan meşələrində yanğına görə helikopterlər cəlb edib (VİDEO)

Hirkan meşələrində altı gündür davam edən yanğının söndürülməsi üçün hər iki ölkə münasib texnikalarını cəlb edir.

SalamNews xəbər verir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Hirkan meşələrindəki yanğının söndürülməsi üçün təyyarə cəlb etməsindən sonra, İran tərəfi də iki helikopter cəlb edib.

İran mətbuatının məlumatına görə bu ölkənin müvafiq qurumları sərhəd zolağındakı yanğının sirayət etməməsi üçün lazımi tədbirlər görürlər.

Həmçinin əlavə edilir ki, yanğının söndürülməsi tədbirləri çərçivəsində iki ölkənin rəsmi quurmları arasında təmaslar var.

Qeyd edək ki, bu yanğınlar 6 gündür davam edir. Qeyri rəsmi məlumata görə bu yanğınlarda 100 hektardan çox meşə ərazisi yanıb.

https://www.aparat.com/v/oVOx5

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 10 =