İran ilə Türkiyə arasında saziş imzalandı

İran ilə Türkiyə arasında saziş imzalandı

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə və İran dəmir yolları yük və sərnişin daşınması tutumunun səviyyəsini maksimuma çatdırmaq üçün qarşılıqlı 3 ədəd əməkdaşlıq sazişi imzalayıb.

İran Dəmir Yolları baş direktoru Səid Resuli “İki dost və qonşu ölkə olan İran ilə Türkiyə arasında dəmir yolu əməkdaşlığını genişləndirmək lazımdır.

İki ölkə arasında dəmir yolu yükdaşımalarında pandemiyaya baxmayaraq, rekord artım yaşandı”, – deyə bildirib.

Rəsuli “Bu ilin ilk 9 ayında (İran təqviminə görə) 500 min ton yük daşınıb. İlin sonuna qədər bu rəqəmi 600 min tona çatdırmağı hədəfləyirik. Fikrimcə, bu yaxşı bir göstəricidir”, – deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − nine =