Şri-Lankada müsəlmanlara zülm: vəfat edənlər məcburi yandırılır

Şri-Lankada müsəlmanlara zülm: vəfat edənlər məcburi yandırılır

“Şri-Lankada COVID-19-dan ölən hər kəsin cəsədinin yandırılması müsəlman cəmiyyətinin diskriminasiyasıdır. Hökumətin meyitlərin İslam ənənələrinə uyğun dəfn edilməsinin guya sağlamlıq baxımından təhlükəli olmasına dair iddiaları əsassızdır və ölkənin müsəlman azlığına ciddi mənəvi zərbə vurur.”

İslam.za az.shafaqna.com-a istinadla verdiyi xəbərə görə, bu barədə “Human Rights Watch”ın yaydığı son sənəddə deyilir.

Qeyd olunur ki, prezident Qotabaye Racapaksın başçılıq etdiyi hökumət koronovirusdan vəfat edənlərin dəfn olunacağı təqdirdə “qrunt sularının mümkün zəhərlənməsi” barədə bəyanat verib.

Ümumdünya Səhiyyə Təşkilatının və tibb işçilərinin belə dəfnlərin heç bir təhlükə doğurmamasına dair zəmanətinə, din xadimlərinin və BMT ekspertlərinin etirazlarına baxmayaraq, Şri-Lankada 2020-ci il martın 31-də qəbul edilən qərar bu günə qədər qüvvədədir.

Acınacaqlıdır ki, cəsədi yandırılanlar arasında 20 günlük körpə və sonradan hakim dairələrin də etiraf etdiyi kimi əslində CODID-19-a yoluxmayan qadın da olub.

Qeyd edək ki, hökumətin yürütdüyü bu siyasət bütün ölkə boyu müsəlmanların etirazı ilə qarşılanıb. Bildirilir ki, koronovirusdan vəfat edən yaxınlarının cəsədlərinin yandırılmasına razılıq verməyən müsəlmanlar təzyiqlərə və təqiblərə məruz qalırlar. Bəzən isə meyitlər heç bir razılıq alınmadan oda verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 12 =