ABŞ tarixində görünməmiş gərgin vəziyyət – Təfərrüat

ABŞ tarixində görünməmiş gərgin vəziyyət – Təfərrüat

ABŞ-ın seçilmiş prezidentinin andiçmə vaxtı yaxınlaşdıqca Vaşinqtona son bir neçə gündə daha çox hərbçi gətirilib.

Co bayden bu gün günortadan sonra Birləşmiş Ştatların yeni prezidenti vəzifəsinə gətiriləcək. Mərasim iki həftə əvvəl baş verən hadisələr və Tramp tərəfdarlarının Konqres binasına hücumu səbəbindən gücülü təhlükəsizlik tədbirləri ilə keçirilir.

ABŞ-ın paytaxtında ABŞ-ın 46-cı prezidentinin andiçmə mərasiminə son hazırlıqlar davam edir.

Konqresə və Ağ Evə gedən ərazilər çərşənbə axşamı səhərdən bəri ictimaiyyət üçün bağlıdır və yalnız icazə almış şəxslərin ziyarətinə icazə verilir.

20 mindən çox Milli Qvardiya əsgərinə keçiriləcək mərasimin təhlükəsizliyini təmin etmək tapşırılıb.

Federal Təhqiqatlar Bürosu bir neçə ştatda baş verə biləcək silahlı etirazlar barədə xəbərdarlıq edib və yerli polis idarələrinə ştat konqresinə partlayıcı maddə qoymaq ehtimalı üçün hazır olmalarını söyləyib.

“İndependent” Vaşinqtonda mövcud vəziyyət barədə yazır:

Vaşinqton sakinləri vidalaşmalarında “özünü qoru” ifadəsini işlədirlər, ancaq koronavirusu nəzərdə tutmurlar. Bütün Milli Parkın və Xatirə parklarının bir hissəsi, şərqdə Konqres binası və şimalda Ağ Ev mühasirəyə alınıb.

Yeni seçilmiş prezident Co Baydeni qorumaq üçün nəzərdə tutulan Yaşıl Zonada zabitləri gözətçi postlarını keçməyə razı salmağa çalışdıqları üçün iki nəfər həbs edilib.

Saxlanılanlardan biri yük maşınında iki tüfəng və 500 güllə daşıyıb.

Baydenin andiçmə mərasiminə bir neçə saat qalmış Vaşinqton fövqəladə vəziyyətdədir. FTB bir neçə ştatda baş verə biləcək silahlı etirazlar barədə xəbərdarlıq edib. Ən azı 19 ABŞ qubernatoru Milli Qvardiyanı köməyə çağırıb.

Digər ABŞ prezidentlərindən fərqli olaraq, Bayden mərasimdə iştirak etmək üçün xüsusi helikopterlə Vaşinqtona gəlib.

Fransanın “Le Monde” qəzeti bildirib ki, Baydenin andiçmə mərasimi ərəfəsində Vaşinqtonda Milli Qvardiyanın yerləşdirilməsi ilə hərbi düşərgələr qurulub.

6 yanvar tarixindən etibarən təxminən 70 etirazçıya mitinqlərdə iştirak etmək ittihamı verilib, bəzi məmurlar və təhlükəsizlik qüvvələrinin keçmiş və ya indiki üzvləri daxil olmaqla yüzlərlə insan mühakimə olunub.

Həbs olunanların bir qismi keçmiş və ya indiki ordu üzvləridir, buna görə də Vaşinqtona göndərilən Milli Qvardiya üzvləri arasında bu hadisələri təkrarlamaq niyyətində olanların olmasından qorxulur.

Baydenin andiçmə mərasimi ABŞ tarixində bir çox cəhətdən müstəsna olacaq. Koronavirusun yayılması səbəbindən geniş ictimaiyyət tədbirə qatıla bilməyəcək, bunun əvəzinə 190 min bayraq quraşdırılıb və tədbirə yalnız məhdud sayda insan dəvət olunub.

Eastnews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + ten =