Qətər ABŞ-la İranı barışdıra bilər? – Sanidən açıqlama

Qətər ərəb ölkələri ilə İran arasında münasibətlərin bərpası üçün vasitəçilik edə bilər.Axar.az xəbər verir ki, bunu Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani deyib.
“Hökumətimiz bu dialoqun qurulacağına ümid edir və bunun reallaşması lazımdır”, – Sani vurğulayıb.
Sani qeyd edib ki, ölkəsi ABŞ-la İran arasında da vasitəçi ola bilər:
“Qətər hər hansı bir maraqlı tərəfin tələbi ilə danışıqlarda vasitəçilik edə bilər. Biz uğura nail olmaq, ABŞ və İran arasında bir razılaşma görmək istəyirik”.
islamtimes.org