Bağdadın mərkəzində silsilə partlayışlarda ölənlərin sayı 28-ə çatıb (VİDEO)

Bağdadın mərkəzində silsilə partlayışlarda ölənlərin sayı 28-ə çatıb (VİDEO)

Bağdadın “Bab-Şərqi” bazarı ətrafında törədilən terror aktlarında ölənlərin sayı 28-ə çatıb.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə Bağdadda səhiyyə mənbələri məlumat veriblər.

Bildirilib ki, bu gün səhər Bağdadın “Bab-Şərqi” bazarı və “ət-Təyəran” meydanında kamikadzelər tərəfindən törədilən partlayışlarda ümumilikdə 28 nəfər həlak olub.

Bu silsilə partlayışlarda 73 nəfərin müxtəlif dərəcələrdə yaralandığı deyilir.

Ölən və yaralananların böyük əksəriyyəti mülki vətəndaşlardır.

https://www.aparat.com/v/nzR0e

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + five =